Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Hazırda oxunan: Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

620303

"Bakı Metropoliteni" QSC-də yeni kadr təyinatları olub.

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Günel Hüseynova QSC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

O bu təyinatadək həmin şöbədə mühəndis, daha əvvəl isə ekoloq vəzifələrində çalışıb.



Bundan əlavə, digər əmrlə Cavid Süleymanov QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini təyin edilib.

O bundan əvvəl "BakuBus"da çalışıb.



Daha bir əmrlə, Fidan Mirzəlizadə QSC-nin Strateji inkişaf departamentinin rəis müavini təyin edilib. O bu təyinatadək həmin departamentdə Layihə idarəedilməsi şöbəsinin rəisi müavini işləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin