“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva iyunun 16-da dəfn edilib.
Bizim.Media xəbər verir ki, bloqer bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”, – deyə bloqer qeyd edib.
O bildirib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb:
“Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:24 / 17.06.2026
Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
Hazırda oxunan: Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
Hazırda oxunan: Qəzada ölən Məryəmin orqanları 6 nəfərə həyat verdi
619710
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































