Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Paylaşılan videolardan sonra sosial şəbəkə istifadəçilərinin yazdıqları şərhlərdən məlum olub ki, görüntülərdə əks olunan şəxs xeyli sayda qadına qarşı da oxşar xarakterli əxlaqsız hərəkətlər edib.
Məsələ ilə bağlı polis araşdırmalara başlayıb və həmin şəxs saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, Bakıda 119 nömrəli marşrut avtobusunda qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxs 46 yaşlı Nizami İsgəndərovdur.
Adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. (Oxu.az)
Bizim.Media
































































































