Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

Hazırda oxunan: Oğuzda AĞIR QƏZA – Bir ailənin beş üzvü... – FOTO

619332

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz şəhər sakini 35 yaşlı Fərhad Rzalının idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb.
 

Qəza nəticəsində sürücü F.Rzalı və avtomobildə olan sərnişinlər - 1961-cl il təvəllüdlü Şamama İbrahim qızı Rzayeva, 1993-cü il təvəllüdlü Bahar Bəylər qızı Rzalı, 2020-ci il təvəllüdlü Tuncay Fərhad oğlu Rzalı xəsarət alıb.


Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər və hazırda onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin