“Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

Hazırda oxunan: “Balalar hürdü, ana da cumdu üstümə, 3 it başladılar məni parçalamağa” - VİDEO

619137

Sahibsiz itlər 14 yaşlı uşağa hücum edərək ağır xəsarət yetiriblər. Hadisə Abşeronda baş verib.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, Saray qəsəbə sakini 14 yaşlı Mübariz Turabov sahibsiz itlərin hücumuna məruz qalıb. Nəticədə uşaq ağır bədən xəsarətləri alıb.
 

Sakinlərin sözlərinə görə, ərazidə sahibsiz itlər son vaxtlar xeyli artıb və bu da ciddi narahatlıq yaradıb. Qəsəbə sakinləri uşaqlarını küçəyə tək buraxmaqdan ehtiyat etdiklərini, bəzi hallarda isə təhlükəsizlik məqsədilə əllərində çubuqla hərəkət etdiklərini deyirlər.
14 yaşlı uşaq hazırda Sumqayıt şəhərindəki xəstəxanalardan birində müalicə alır.


Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Sakinlər aidiyyəti qurumlardan problemin təcili şəkildə həll edilməsini, ərazidə sahibsiz heyvanlarla bağlı zəruri tədbirlərin görülməsini istəyirlər.

Saray qəsəbə Bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, itlərin toplanması ilə bağlı şirkətlə müqavilə bağlanılıb və ötən ay ərzində 300-ə yaxın it ərazidən yığışdırılaraq aparılıb. Hazırda bu proses davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin