Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbi bitirən 120 nəfərdən biri koreyalıdır.
Bizim.Media “muallim.edu.az”a istinadən xəbər verir ki, tədrisi rus dilində aparılan bölmənin şagirdi Banseok Eun-jun Hvanq II sinifdən bu məktəbdə təhsil almağa başlayıb.
Qeyd etdiyinə görə, bu səbəbdən də özünü Bakıda yad hiss etməyib. Azərbaycan dilində başa düşür, rus dilində danışır, azərbaycanlılarla istənilən halda danışmağa dil tapır.
Hvanq bildirib ki, məzun olduğu üçün çox sevinclidir, tam orta təhsilini tamamlayıb, o da qardaşı kimi Cənubi Koreyaya üz tutacaq:
"Məndən əvvəl qardaşım bu məktəbi bitirdi. Biz bu məktəbə gələndə mən II, qardaşım III sinifdə oxuyurdu. O təhsilini uğurla tamamlayıb və hazırda radiologiya üzrə təhsil alır. Mən də təhsilimi Cənubi Koreyada davam etdirəcəyəm".
Banseok deyir ki, onun vətənində tam orta təhsil 12 illikdir:
"Dizayner olmaq istəyirəm. Onbirillik təhsil almağım Koreya universitetlərinə qəbul olmağıma mane olmur. Orada icazə verirlər".
O bildirib ki, Azərbaycanı çox sevir və burada çoxlu dostları var, onlarla yaxşı vaxt keçirir. Banseokun anası Juidyek evdar qadın, atası Eun-jun Hvanq isə turizm şirkətində direktor müavinidir.
Atasının dediyinə görə, artıq 10 ilə yaxındır ki, Azərbaycandadır və ölkəsinə qayıtmaq niyyəti yoxdur:
"Sağlamlığım imkan verənə qədər Bakıdayam. Azərbaycan çox gözəl, sakit ölkədir, insanları mehribandır. Burada yaşamağı çox sevirəm. Bu ayın 22-də Koreyaya gedəcəyik, amma sonra yenidən qayıdacağıq. Koreya üçün darıxmıram, çünki ata-anam rəhmətə gedib, indi məni ora bağlayan heç nə yoxdur. Biz burada qalıb, Azərbaycanın inkişafına töhfə vermək istəyirik. Azərbaycan inkişaf edir, daha da güclü olacaq".

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:43 / 13.06.2026
Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO
Hazırda oxunan: Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO
Hazırda oxunan: Bakı məktəbinin koreyalı məzunu: "Azərbaycanı çox sevirəm" - FOTO
619097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































