Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Hazırda oxunan: Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

619058

Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib.

Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub.

Bildirilib ki, həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib:

"Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz edərək, onun görüntülərini çəkib. Lakin qadının hərəkəti polşalını daha da hiddətləndirib və o, sürücüyə də hücum edərək, xəsarət yetirməyə başlayıb".

Qeyd olunub ki, zərərçəkən həmyerlimiz hadisə ilə bağlı polisə müraciət edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin