Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO

Hazırda oxunan: Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub - FOTO

618915

İyunun 12-də Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub.

Bizim.Media xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Hadrut qəsəbəsinə 4 ailə (17 nəfər), Qırmızı Bazar qəsəbəsinə isə 8 ailə (42 nəfər) köçürülüb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim edilib.
 

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin