Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Beyləqanda iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

618776

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin