Kitabxana sahəsində fəaliyyət göstərən əməkdaşlarla bağlı dövlət tərəfindən verilən ən vacib tapşırıqlardan biri onların əməkhaqqı şərtlərinin yaxşılaşdırılmasıdır.
Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə deyib.
Nazir bildirib ki, bu, keyfiyyətli xidmətin təmin olunması üçün mühüm amildir. İlk növbədə kitabxana işçiləri müasir dövrün və əmək bazarının tələblərinə uyğun əməkhaqqı ilə təmin edilməlidirlər:
“Bu istiqamətdə artıq ciddi işlər aparılır və konkret model hazırlanıb. Kitabxana sisteminin optimallaşdırılması nəticəsində əldə ediləcək qənaət və resursların yenidən sahəyə yönəldilməsi, o cümlədən əməkhaqqı şərtlərinin yaxşılaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib”.
Bizim.Media































































































