Bu gün Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Buna səbəb qaz xətlərində planlı təmir-bərpa və növbəti mövsümə hazırlıq işlərinin aparılmasıdır.
Məlumata görə, bu gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu









































































































