Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO

Hazırda oxunan: Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO

618081

İyunun 5-nə keçən gecə baş vermiş gəmi hadisəsindən sonra Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Qismət Nadir oğlu Əliyevdən hələ də xəbər yoxdur.

Bizim.Media "Xəzər" TV-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunun Diyallı kənd sakini olan Qismət Əliyev Türkiyədən Rusiyaya doğru hərəkət edən, "Cunda" şirkətinə məxsus "Zirkon" yük gəmisində baş mexanik vəzifəsində çalışıb.

Hadisədən sonra ailəyə gəminin vurulduğu barədə məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə xüsusi heyət cəlb olunsa da, artıq bir neçə gündür ailə üzvləri onun taleyi ilə bağlı dəqiq məlumat ala bilmirlər.

Qismət Əliyevin yaxınları ondan gələcək hər hansı xəbəri böyük narahatlıqla gözlədiklərini bildiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin