“Bu gün yüzlərlə gənc var ki, dövlət qulluğu imtahanından uğurla keçib, sertifikat alıb, amma sertifikatının qüvvədə olduğu müddət başa çatana qədər dövlət qulluğunda iş tapa bilmir”.
Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü növbədənkənar sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Deputat vurğulayıb ki, onlar bir vakansiyadan digərinə müraciət edir, müsahibələrdə iştirak edir, lakin dəfələrlə uğursuz hesab edilirlər:
"Cəmiyyətdə isə haqlı bir sual yaranır: əgər şəxs dövlətin keçirdiyi imtahandan uğurla keçibsə, onun peşəkar hazırlığı təsdiqlənibsə, bəs niyə illərlə iş tapa bilmir? Burada müsahibə mərhələsi ilə bağlı narahatlıqlar ortaya çıxır. Müsahibədə subyektiv yanaşma ehtimalı daha yüksəkdir.
Namizəd çox zaman hansı səbəbdən uğursuz hesab edildiyini tam şəkildə öyrənə bilmir. Bu isə gənclərdə narazılıq yaradır, dövlət qulluğuna qəbul sisteminə olan etimadı zəiflədir. Əgər biz bu subyektivliklə bağlı sualları aradan qaldırmasaq, dövlət qulluğu imtahanlarının nüfuzu getdikcə zədələnə bilər".
O təklif edib ki, sertifikat almış şəxsin sertifikat əldə etdiyi tarixdən sonrakı altı ay ərzində dövlət qulluğunda işlə təmin olunması istiqamətində hüquqi mexanizmlər yaradılsın:
"Ən azı dövlət həmin şəxslərin ehtiyat kadr bazası vasitəsilə vakant vəzifələrə prioritet qaydada yerləşdirilməsini təmin etməlidir".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:50 / 05.06.2026
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
617370
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































