Şagird yerdəyişməsi ilə bağlı vacib XƏBƏDARLIQ

Hazırda oxunan: Şagird yerdəyişməsi ilə bağlı vacib XƏBƏDARLIQ

617250

5 iyun 2026-cı il saat 15:00-a qədər yerdəyişmə üçün təsdiqlənmiş sorğular üzrə tələb olunan sənədlər məktəblərə təqdim edilməlidir.

Bizim.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə ölkə üzrə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin