Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara avtomobil yolunun Aşağı Nüvədi kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Gərmətük qəsəbə sakini İslam Əkbərovun idarə etdiyi "Fiat" markalı minik avtomobili yolu keçməkdə olan kənd sakini Ağgül Bağırovanı vurub.
Zərbənin təsirindən müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti kritik olaraq qalır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu


































































































