Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

Hazırda oxunan: Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq

616683

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
 

Qeyd edilib ki, bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayacaq. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.


Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin