Girdiman çayında selə düşən 3 nəfər xilas edildi - FOTO

Hazırda oxunan: Girdiman çayında selə düşən 3 nəfər xilas edildi - FOTO

615819

İsmayıllı rayonunun Zərnava kəndindəki yas mərasimindən qayıdan 3 nəfər “Niva” markalı avtomobillə Girdiman çayını keçmək istəyərkən çətinliklə üzləşib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, çaya qəfil gələn güclü sel səbəbindən avtomobil çayın ortasında köməksiz vəziyyətdə qalıb.
 

Hadisə ilə bağlı gecə saat 01:57-də İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə və FHN-in “101” Çağrı Xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.


Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri təhlükəsiz əraziyə təxliyə ediblər.

Xilas olunan şəxslər:

Hüseynov Gümşüd Mərdan oğlu

Rüstəmov Ehtiram Sadıq oğlu (1968-ci il təvəllüdlü)

Əzimov Simran Eynulla oğlu (1985-ci il təvəllüdlü)

Məlumata görə, İsmayıllı rayon sakinləri olan bu şəxslər Zərnava kəndində keçirilən hüzr mərasimindən geri dönürlərmiş.




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin