Bayramda istirahətə yollanmaq istəyənlərin NƏZƏRİNƏ – Ən ucuz istiqamətlər AÇIQLANDI

Hazırda oxunan: Bayramda istirahətə yollanmaq istəyənlərin NƏZƏRİNƏ – Ən ucuz istiqamətlər AÇIQLANDI

615516

Müqəddəs Qurban bayramı və 28 may Müstəqillik Günü ilə bağlı sabahdan tətil günləri başlayır. Təbii ki, 5 günlük tətil səyahətsevənlərə əlavə fürsət verir.

Bəs tətil günlərində hansı istiqamətlərə turist axını gözlənilir?
 

MÖVZU İLƏ BAĞLI:

Bayram günlərində rayonlara səfərə hazırlaşanların NƏZƏRİNƏ


Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki,bayram günlərində ənənəvi olaraq bölgələrə turist axını artacaq:

“Qısa müddətə xaricə gedənlər də olacaq. Bayram ərəfəsində Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətə başlaması Gürcüstana axını artıracaq. Qısa müddətdə biletlərin satılması da bunu sübut edir. Eyni zamanda Türkiyəyə səfər edənlərin də çox olacağı gözlənilir. Bayram tətilində əhali əsasən ölkə daxilində səyahətə üstünlük verirlər. Bu mənada Quba, Qusar, Qəbələ, İsmayıllı, Cənub və Qərb bölgəsinə daha çox turistlərin gedəcəyi proqnozlaşdırılır”.

Müsahibimiz qiymətlərə də toxunub:

“Gəncəbasar bölgəsində və Cənub zonasında təklif edilən qiymətlər nisbətən daha ucuzdur. Amma ümumilikdə bütün bölgələrə səfərlərin çox olacağı gözlənilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin