Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qarşısındakı yol çökür – FOTO

Hazırda oxunan: Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qarşısındakı yol çökür – FOTO

615515

Bakının mərkəzi küçələrindən birində yol örtüyünün çökməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış radio-aparıcı, "DJ Tural" kimi tanınan Tural Yusifov öz sosial şəbəkə hesabında paylaşım edib.

Aparıcı qeyd edib ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının düz qarşısındakı yol hissəsində çökmə baş verib.

O, ərazidəki mövcud vəziyyəti əks etdirən kadrları paylaşaraq aidiyyəti qurumların məsələyə laqeyd yanaşmasına etirazını bildirib.
 

Tural Yusifovun sözlərinə görə, yolun çökməsinə və sürücülər üçün real qəza şəraiti yaratmasına baxmayaraq, problemi aradan qaldırmaq üçün hələ də heç bir əməli tədbir görülmür. Hər gün yüzlərlə uşağın və valideynin gəldiyi mədəniyyət müəssisəsinin qarşısındakı bu acınacaqlı vəziyyət həm piyadaların, həm də avtomobillərin təhlükəsizliyini sual altında qoyur.


Sürücülər və sakinlər aidiyyəti dövlət qurumlarından yolun bu hissəsinin təcili olaraq təmir edilməsini və təhlükənin aradan qaldırılmasını tələb edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin