Eyni müəllim, eyni tədris, bəs niyə fərqli nəticə? – Valideynləri narahat edən suala cavab tapıldı

Hazırda oxunan: Eyni müəllim, eyni tədris, bəs niyə fərqli nəticə? – Valideynləri narahat edən suala cavab tapıldı

615338

Çox valideynin baş sındırdığı suallardan biri də budur: necə olur ki, eyni repetitorun yanında hazırlığa gedən, hətta təxminən eyni zəkaya, sahib olan iki uşaqdan biri uğur qazanır, digəri isə geri qalır?

Mütəxəssislər bildirir ki, uğurun sirri yalnız zəkada deyil. Bəzən fərqi yaradan şey intizam, motivasiya, psixoloji vəziyyət və insanın öz potensialından necə istifadə etməsidir.

Bizim.Media xəbər verir ki, pedaqoq, İELTS mütəxəssisi Ramilə Musayeva bildirir ki, eyni müəllimin tədrisi, uşaqlarda eyni İQ səviyyəsi olsa belə nəticələrin fərqli olması çox normaldır. Adətən fərqi yaradan əsas amillər olur:
 

“Hər insanın intizamı və əzmi eyni deyil. Bir uşaq hər gün mütəmadi hazırlaşır, digəri isə yalnız həvəsi olanda... Zaman keçdikcə, bu, böyük fərq yaradır. Zəkaları eyni olsa da məqsədli uşağın oxuması ilə valideyn təzyiqi ilə oxuyan uşaq eyni deyil. Bundan başqa, çevrə faktoru, ailə problemləri, özgüvən çatışmazlığı da öyrənməyə ciddi təsir edir”.


Mütəxəssis diqqətə çatdırdı ki, bəzi uşaqlar vizual, bəzisi praktik nəticələrlə, digəri isə təkrar vasitəsilə daha yaxşı qavrayır. Adətən utancaq uşaqlar  ilk səhvdə və ya danlaqda özlərinə qapanırlar. Ona görə də belə utancaq, bədbinliyə meyilli olanlar qrup dərslərinə deyil, fərdi dərslərə qatılmalıdırlar. Xaraktercə sosial, ünsiyyətcil, rəqabət sevən uşaqlar isə qrup hazırlıqlarında uğur qazanırlar.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin