Balakişi Qasımov yenidən İTV-nin baş direktoru SEÇİLDİ

Hazırda oxunan: Balakişi Qasımov yenidən İTV-nin baş direktoru SEÇİLDİ

615324

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

Bizim.Media xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.

İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.
 

Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.


Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin