Bu avtomobil yolunda bərpa işlərinə başlanıldı

Hazırda oxunan: Bu avtomobil yolunda bərpa işlərinə başlanıldı

615138

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb.

AAYDA-dan Bizim.Media-ya bildirilib ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.

Hazırda ərazidə qazıntı işləri aparılır, fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat əlaqəsini tam bərpa etməkdir.

Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin