“Ən yüksək səviyyədə təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) başa çatdı. Forum çərçivəsində keçirilən "Urban Expo" sərgisində çox sayda yerli və xarici şirkətlər, onların nümayəndələri iştirak etdilər. Sərgidə onların istehsal etdiklərini təqdim etmək üçün hər bir şərait yaradılmışdı. Forum və onun daxilində təşkil edilən sərgi həm xarici ölkələrdən gələn çoxsaylı qonaqlar, həm də yerli əhalinin marağını cəlb etdi”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında “Crystal Group of Companies”in İdarə Heyətinin sədri Baxış Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Urban Expo" sərgisi ilə bağlı danışarkən deyib.
O bildirib ki, sərgidə “Crystal Group of Companies”ə daxil olan bir neçə şirkət öz məhsullarını təqdim edib:
"Sözügedən şirkətlərə "Crystal İnşaat", “Crystal Beton”, “Crystal Nəqliyyat”, "Crystal Qum-Çınqıl” QSC daxildir. Bu şirkətlərdə beton, mebel, qum-çınqıl, nəqliyyat və alüminium qapı-pəncərə istehsal olunur. Bu gün biz müştərilərimizə qeyd olunan xidmətləri təqdim edirik. Forum iştirakçıları əsasən bizim istehsal etdiyimiz mebellər, xüsusilə, klassik mebellərlə maraqlandılar.
Alüminium qapı-pəncərə sistemləri ilə bağlı da bizə bir çox suallar ünvanlandı. Həmçinin, beton istehsalında kimyəvi qatqılar istehsal edən xarici və yerli şirkət nümayəndələri də öz təkliflərini bizə təqdim etdilər".

Baxış Əliyev qeyd edib ki, şirkət işğaldan azad olunmuş torpaqlarda gedən inşaat işlərinə öz töhfəsini verir:
"Şuşada 13 yaşayış binasının tikintisi "Crystal İnşaat" QSC tərəfindən icra olunur. "Crystal Beton” artıq 24 ildir fəaliyyət göstərir, 4 beton zavodumuz Bakı şəhərində, 3-ü isə regionlarda, Zəngilan, Ağdam və Gəncədə yerləşir. Qum-çınqıl karxanası isə Qubada yerləşir. İki beton zavodumuz torpaqlarımız işğaldan azad olunduqdan sonra açılıb”, - deyə o qeyd edib.


Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:30 / 24.05.2026
WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO
Hazırda oxunan: WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO
Hazırda oxunan: WUF13-də Azərbaycan məhsullarına BÖYÜK MARAQ: “Crystal Group” hansı yenilikləri təqdim etdi? – FOTO
615129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































