Bakıda tıxacın azaldılması üçün YENİ ÜSUL - VİDEO

Hazırda oxunan: Bakıda tıxacın azaldılması üçün YENİ ÜSUL - VİDEO

615044

İşıqfor artıq sadəcə qırmızı, sarı və yaşıl işıq yandıran qurğu yox, tıxacın idarə olunmasında əsas alətlərdən birinə çevrilir.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, bu yanaşma "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda da əksini tapıb.
 

Sənəddə nəqliyyatı intellektual idarəetmə sisteminin inkişaf etdirilməsi, proqram təminatının yenilənməsi və yeni avadanlıqların quraşdırılması nəzərdə tutulur. Başqa sözlə, işıqforlar əvvəlcədən qurulan sabit vaxtla deyil, yoldakı real vəziyyətə uyğun işləyəcək.


Hansı istiqamətdə sıxlıq daha çoxdursa, sistem həmin axını nəzərə alaraq hərəkəti daha çevik tənzimləyəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, burada əsas məqsədlərdən biri də tıxacı mümkün qədər minimuma endirməkdir:

Ekspertlərin fikrincə, bu cür sistemlər tək-tək küçələrdə yox, əsas nəqliyyat arteriyalarında kompleks tətbiq olunmalıdır. Çünki bir yolayrıcında verilən qərar qonşu qovşaqlara, paralel küçələrə və ümumi marşrut üzrə hərəkətə təsir edir.

Bakıda bu istiqamətdə ilk nümunələr artıq var. Amma, real effekt üçün sistemin daha geniş əraziləri, iri qovşaqları və əsas hərəkət istiqamətlərini birlikdə əhatə etməsi vacib sayılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin