İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - VİDEO

Hazırda oxunan: İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - VİDEO

614895

İctimai nəqliyyatda günlük, aylıq, illik bilet paketləri olacaq.

Bizim.Media "xezerbeber.az"a istinadla xəbər verir ki, 90 dəqiqə ərzində bir nəqliyyatdan digərinə pulsuz keçid təmin edələcək.

Bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamovun sözlərinə görə, 2026-2028-ci illərdə brutto müqaviləsinə keçidlə ictimai nəqliyyatda bir sıra yeniliklər olacaq.

Millət vəkilinin sözlərinə görə, vahid bilet sisteminə keçid vətəndaşlar üçün daha qənaətli şəkildə icitmai nəqliyyatdan istifadə deməkdir.

Azər Badamov onu da bildirib ki, brutto müqaviləsi modelinin hazırlanması gedişhaqlarının yığılması, daşıyıcıların xidmətlərinin ödənilməsi, onların xərc və gəlirlərinin əsaslandırılması üçün tam şəffaf mexanizm yaradacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin