Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumun beşinci gününün proqramının əsas mövzularını şəhərsalma, mənzil siyasəti, urban dayanıqlılıq və sosial inkişaf məsələləri təşkil edir.
Tədbirlər çərçivəsində böhran sonrası bərpa və yenidənqurma üçün mənzil siyasəti, mənzil maliyyələşdirilməsi, inklüziv şəhər dayanıqlılığı, davamlı turizm, əlçatan və münasib mənzil məsələləri ilə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, Bakıda keçirilən WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.
Forum mayın 22-dək davam edəcək.
Günay Şahmar, Bizim.Media








































































































