“Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm” - VİDEO

Hazırda oxunan: “Bakıda böyüyən biri kimi mayda bu qədər yağış görməmişəm” - VİDEO

613819

“WUF13 forumunun ilk iki günü bizə çox fərqli hava şəraiti göstərdi və bu da iqlim dəyişikliyinin nəticəsidir”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13 cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

“Düzünü desəm, Bakıda böyümüş bir insan kimi mən may ayında heç vaxt bu qədər yağış görməmişəm. Bu, normal deyil. Amma üzləşdiyimiz reallıq budur. Məhz buna görə belə müzakirələr və forumlar vacibdir. Biz iqlim dəyişikliklərinə uyğunlaşmağın yollarını tapmalıyıq”, - deyə A.Quliyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin