Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

Hazırda oxunan: Tahir Budaqov: “Süni intellekt müəyyən riskləri özü ilə gətirib”

611738

Müasir dövrün çağırışları olduqca mürəkkəb və çoxşaxəlidir. İnformasiya texnologiyaların sürətli inkişafı və süni intellektin həyatımızın müxtəlif sahələrinə nüfuz etməsi yeni imkanlar yaratmaqla yanaşı müəyyən riskləri də özü ilə gətirib.

Bu baxımdan gənclər yalnız rəqəmsal texnologiya istifadəçisi deyil, eyni zamanda, milli maraqları yüksək tutan, yüksək dəyərlərə malik vətənpərvər şəxsiyyət kimi formalaşmalıdırlar.

Bizim.Media xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, Mərkəzi Aparat rəhbəri Tahir Budaqov "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

O, bütün bunların fonunda gəncləri milli kimliyimizi qoruyub saxlamağa səsləyib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin