"Bakı Metropoliteni" QSC bu ilin aprel ayında 20 510 029 sərnişinə xidmət edib.
Bizim.Media səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % çoxdur.
Məlumata görə, aprelin lideri "Koroğlu" stansiyası olub. Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.
Bu ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir. Belə ki, 3 aprel – 819 536, 18 fevral – 818 376, 2 aprel – 802 283 sərnişin səfər edib.
Bundan başqa, NFC ilə ödənişlərdə artım davam edir. Belə ki, aprel ayında 8 057 376 nəfər bu ödəniş vasitəsindən istifadə edib. Bu, ümümi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.
Ötən ay "Əlçatan metro" xidmətindən istifadə edənlərin sayı artıb və 236 sifariş həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:47 / 05.05.2026
Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI
Hazırda oxunan: Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI
Hazırda oxunan: Apreldə Bakı metrosundan istifadə edən sərnişinlərin SAYI
611252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































