Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

Hazırda oxunan: Hikmət Hacıyev: Bu təcrübəmizi beynəlxalq ictimaiyyətə təqdim edəcəyik

610661

Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq miqyasda şəhərsalma və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin, xüsusilə 11-ci məqsədin – dayanıqlı şəhərlər və icmaların inkişafının müzakirə olunduğu ən mühüm və nüfuzlu platformalardan biridir.

Forum çərçivəsində Azərbaycanın beynəlxalq ictimaiyyətə təqdim edəcəyi geniş imkanlar və zəngin təcrübə mövcuddur.

Bizim.Media xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Azərbaycan postmünaqişə dövründə şəhərlərin, kəndlərin və yaşayış məntəqələrinin bərpası, yenidən qurulması və bu ərazilərə həyatın qaytarılması istiqamətində unikal təcrübəyə malikdir. Bu prosesdə şəhərsalmanın ən müasir metodologiyaları və innovativ yanaşmaları tətbiq olunur”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev vurğulayıb ki, dünyada münaqişələr nəticəsində şəhərlərin dağıdılması və infrastrukturun məhv edilməsi halları davam edir:

“Postmünaqişə dövründə bərpa ilə bağlı müxtəlif ölkələrin təcrübəsi mövcuddur. Lakin Azərbaycan özünəməxsus və unikal model formalaşdırıb və bu təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşmək niyyətindədir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu istiqamətdə keçiriləcək tədbirlər ölkənin beynəlxalq platformalarda növbəti uğurlu təqdimatı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin