Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük-keçid məntəqəsində yük avtomobillərinin uzunmüddətli növbəsi yaranıb.
Bizim.Media xəbər verir ki, bir neçə gündür davam edən sıxlıq nəticəsində yüzlərlə yük maşını sərhədi keçmək üçün kilometrlərlə uzanan növbədə gözləməli olur.
Sürücülər ərazidə hər hansı bir şəraitin olmadığını, qida və sanitar qovşaq tapmaqda çətinlik çəkdiklərini bildirirlər:
“Gecə yatmamışıq. Yeməkxana, tualet yoxdur, ümumiyyətlə, heç bir şərait yoxdur. Park yaradılsa da, insanlar küçələrdə qalırlar. Yük xarab olur, gecikir. Bütün bunlar zərərdir”.
“Qırmızı körpü”dən çıxmışıq, bir həftədir yollardayıq. Təxminən gömrükdən bura 20 kilometr uzunluğunda növbə var. İnsanlar gecə-gündüz burada qalırlar, nə tualetə gedə bilir, nə də su tapa bilir. Artıq 16 saatdır yuxusuzam”, – deyə digər sürücü söyləyib.
Dövlət Gömrük Komitəsindən isə bildirilib ki, Azərbaycanın Rusiya ilə sərhədində yerləşən “Samur”, “Xanoba” və “Şirvanlı” gömrük postlarından yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılışla bağlı hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:08 / 01.05.2026
Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO
Hazırda oxunan: Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO
Hazırda oxunan: Yüzlərlə yük avtomobili sərhəddə qaldı - "7 gündür yollardayıq, addım-addım gedirik" - VİDEO
610656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































