Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə uşaq evi sosial xidmət müəssisəsində - FOTO

609797

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva aprelin 27-də Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar.

Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.
 

Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib.


Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.

Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin