Bazarda 5 manatdır: Yeyən ətin dadını unudur – FOTO

Hazırda oxunan: Bazarda 5 manatdır: Yeyən ətin dadını unudur – FOTO

609576

Qırmızı ət qiymətinin büdcələri çətinliyə saldığı bir dövrdə, istiridyə göbələyi həm dadı, həm də doyuruculuğu ilə qırmızı əti "taxtından endirməyə" iddialıdır.

Bizim.Media xəbər verir ki, xalq arasında "yarpaq göbələyi" olaraq da bilinən istiridyə göbələyi sadəcə bir tərəvəz deyil, əsl protein qaynağıdır. Onun lifli quruluşu bişirildikdə ağızda eynilə ət hissi yaradır. Mütəxəssislər aşağı kalorili və yüksək qida dəyərinə görə bu göbələyi qırmızı ətdən daha faydalı alternativ kimi qiymətləndirirlər.

İstiridyə göbələyinin lezzetini zirvəyə daşıyan üsul olduqca sadədir:

Qovurma: Göbələklər geniş bir tavada yüksək odda suyunu salıb çəkənə qədər gözlədilməlidir.
 

Suyunu çəkən göbələklər bol sarımsaq, kərə yağı və kəklikotu ilə qovuşduqda, ortaya çıxan ətir ət qovurmasından heç də geri qalmır.


Qırmızı ətin qiyməti ilə müqayisədə olduqca ekonomik olan istiridyə göbələyi, həm az təminatlı ailələrin, həm də fərqli ləzzət axtaranların seçimidir. Bazar satıcıları bildirirlər ki, vətəndaşlar artıq adi ağ göbələklər əvəzinə daha doyurucu və dadlı olan bu növə üstünlük verirlər. (Milli.Az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin