Tələbələr yollarda QALDI – Universitetlər metroya görə gecikənləri NƏZƏRƏ alacaq?

Hazırda oxunan: Tələbələr yollarda QALDI – Universitetlər metroya görə gecikənləri NƏZƏRƏ alacaq?

608429

Xəbər verdiyimiz kimi, texniki nasazlıq səbəbilə “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə məhdudiyyət qoyulub.

Əlbəttə, yeraltındakı bu məhdudiyyət yerüstünə də təsir edib, hazırda avtobus dayanacaqlarında da sıxlıq müşahidə olunur.

Bu məhdudiyyət, sıxlıq xüsusilə günorta növbəsində dərsə gedən tələbələrdə narahatlıq yaradır ki, onlara qaib yazılacaqmı?

Bizim.Media mövzuyla bağlı bir neçə universitetə sorğu ünvanlayıb və hansı universutetlərdə yaranmış fors-major halla bağlı gecikən tələbələrin nəzərə alınacağını öyrənib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İctimaiyyətlə Əlaqələt şöbəsinin rəhbəri Nicat Abdullayev sorğumuza cavab olaraq bildirib ki, hazırda universitetdə tələbələrin gecikməsiylə bağlı kütləvi müraciətlər qeydə alınmayıb.
 

"Ancaq əgər olarsa, AZMİU-da hər zaman belə hallarda tələbələrin xeyrinə qərar verilir, humanist yanaşılır. Əgər müraciətlər artarsa, nəzərə alınacaq, keçilməyən dərslərin əvəzinə dərslər yenidən keçilə bilər".


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd edib ki, universitetdə ilk saatdakı gecikmələr nəzərə alınacaq.

Azərbaycan Texniki Universitetində də mövcud vəziyyətlə əlaqədar gecikən tələbələr nəzərə alınacaq.

Bunu universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova sorğumuza cavab olaraq bildirib.

O qeyd edib ki, metroda yaranan texniki problemlə əlaqədar tələbələr arasında dərsə kütləvi formada gecikmə qeydə alınmayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev sorğumuza cavab olaraq vurğulayıb ki, gözlənilməyən halla əlaqədar tələbələrin dərsə gecikməsi nəzərə alına bilər:

"Hazırda nə qədər əməkdaşımızın, tələbəmizin gecikəcəyini proqnozlaşdıra bilmərik. Ancaq bu kimi gözlənilməyən hallarda gecikən, dərsə çata bilməyən tələbələr nəzərə alınar. Günün sonunda bəlli olacaq ki, nə qədər tələbə dərsə qoşula bilməyib. Bundan sonra mövcud şəraitə uyğun olaraq, onların davamiyyəti, qiymətləndirilməsi nəzərə alınacaq".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin