Azərbaycanda iki fəsil yoxa çıxır: temperatur kəskin enir – Əbədi qar…

Hazırda oxunan: Azərbaycanda iki fəsil yoxa çıxır: temperatur kəskin enir – Əbədi qar…

608427

Son illərdə Azərbaycanda yaz və payız fəslinin sıradan çıxması, havanın bir qayda olaraq ya soyuq, ya da isti keçməsi müşahidə edilir. Hazırda aprel ayı olmasına baxmayaraq, paytaxt Bakıya intensiv yağışlar, dolu, regionlara isə qar yağır.

Ekspertlər qlobal istiləşmənin Azərbaycandan da yan keçmədiyini bildirirlər. Bundan sonra da mart-aprel aylarında analoji yağıntıların müşahidə olunacağı ehtimal edilir.

Bizim.Media xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Puşçino Elmi Bioloji Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, iqlimşünas və biofizik Aleksey Karnauxov iqlim dəyişiklikləri ilə bağlı maraqlı fikirlər səsləndirib.

O bildirib ki, qlobal istiləşmə yaxın gələcəkdə dünyanın bir sıra regionlarında əbədi qar dönəmini başlada bilər:

“Gələcəkdə xüsusilə Rusiyanın Avropa hissəsində qarın əriməməsi gözlənilir. Ölkənin bu hissəsində may və aprel ayları artıq qış ayları hesab edilə bilər. 2026-cı ilin qışı normaldan daha soyuq olub. Mənfi 30°C qeyri-adi haldır. Qlobal istiləşmə Avropada, ümumiyyətlə, Rusiyanın Avropa hissəsində, Şimali Amerikada və Şimali Atlantika bölgəsində yeni buz dövrünə səbəb ola bilər”, – Karnauxov bildirib.

İqlimşünas prosesin dünyanın müxtəlif regionlarında yaşanacağını proqnozlaşdırıb. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin