“Orada bildim ki, hamilədir, günahkar qonşudur” -15 yaşlı qızın anası -VİDEO

Hazırda oxunan: “Orada bildim ki, hamilədir, günahkar qonşudur” -15 yaşlı qızın anası -VİDEO

608299

Xəbər verdiyimiz kimi, Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirib.
 

MÖVZU İLƏ BAĞLI: 

Ucarda 15 yaşlı qızın ana olması ilə bağlı cinayət işi AÇILDI


Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı həmin qızın anası danışıb.

Ana iddia edib ki, hadisədə günahkar qonşusudur.

“Xəbərim olmayıb. Martın 31-i qızımı həkimə apardım, orada bildim ki, hamilədir. Qız deyir ki, qonşu Vəliyev Sabir ona təcavüz edib. O qonşu ilə gedişli-gəlişli olmuşuq. Yaxın idik”, - deyə o əlavə edib.

Adıçəkilən qonşunun atası isə bildirib ki, onun oğlunun bu məsələdə günahı yoxdur:

“6-7 nəfəri şöbəyə çağırıb izahat alıblar. DNT nəticələrində bilinəcək. Uşağımın üstünə şər atırlar”.

Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında müvafiq araşdırmalara başlanılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin