92 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Binəqədi (10 May küçəsi) və Biləcəri qəsəbələrini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 92 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.
"Aprelin 19-dan sərnişinlərin xidmətinə veriləcək 6 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Yaxın aylarda marşrut üzrə avtobusların digər qisminin də yenilənməsi təmin ediləcək.
Ümumilikdə 14 avtobus 7-8 dəqiqə intervalla sərnişinlərin ixtiyarında olacaq" - məlumatda vurğulanıb.
Qeyd edək ki, avtobuslarda ödəniş nağdsız qaydadadır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:01 / 17.04.2026
Bakıda bu avtobuslar yenilənir
Hazırda oxunan: Bakıda bu avtobuslar yenilənir
Hazırda oxunan: Bakıda bu avtobuslar yenilənir
607741
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































