Ər sevgilisinə yollamaq istədiyi mesajı həyat yoldaşına göndərdi – FOTO

Hazırda oxunan: Ər sevgilisinə yollamaq istədiyi mesajı həyat yoldaşına göndərdi – FOTO

607699

Bir qadının ərinin səhvən göndərdiyi mesajla xəyanəti öyrənməsi sosial mediada böyük rezonans doğurub. İddiaya görə, kişi başqa birinə göndərmək istədiyi mesajı təsadüfən həyat yoldaşına göndərərək həqiqəti üzə çıxarıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, mesajda yer alan “Arvadım rayona gedəndə sənə xəbər verəcəyəm” ifadəsi qadının diqqətini çəkib və şübhələnən qadın ərindən izahat tələb edib.

Sonradan ortaya çıxan yazışmalarda kişinin vəziyyəti düzəltməyə çalışdığı və mesajın yanlış anlaşıldığını iddia etdiyi görünür.
 

O, “Yanlış başa düşmüsən, evi rəngləməkdən danışırdıq, sən olmayanda bunu etmək istəmişdim” kimi açıqlama verib.


Qadının paylaşdığı yazışmalar qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub. Bir çoxları mesajın açıq şəkildə xəyanətə işarə etdiyini bildirib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin