Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Hazırda oxunan: Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

607665

İsmayıllıda 31 yaşlı qadın itkin düşüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Bizim.Media-ya verilən xəbərə görə, İsmayıllı rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxan zaman əynində qara rəngli jilet və şalvar olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020 -285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin