Türkiyənin Kahramanmaraş şəhərindəki məktəbdə silahlı hücum törədən şagirdin atəş açdığı atış poliqonunun polis əməkdaşı işdən kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, Kahramanmaraş Polis İdarəsi həmin gün atıcılıq poliqonunda növbətçi olan polis məmuru MY-nin vəzifəsindən kənarlaşdırıldığını və cinayaətkarın polis atıcılıq poliqonunda atış məşqi etdiyi üçün istintaq başlandığını açıqlayıb.
Bildirilib ki, hadisə ilə bağlı aparılan araşdırmanın bir hissəsi olaraq, cinayətkar İ.AM adlı şəxsin 13 aprel 2026-cı ildə atası ilə birlikdə Vilayət Polis İdarəsinin Açıq Atıcılıq Mərkəzində atəş açdığı müəyyən edilib:
“Nəticədə, atıcılıq mərkəzində növbətçi olan polis məmuru MY həmin gün vəzifəsindən kənarlaşdırılıb. Bu çərçivədə, Təhlükəsizlik Təftiş Şurası tərəfindən məsuliyyət daşıyan və ya daşıya biləcək məmurlarla bağlı araşdırma başlanıb".
Qeyd edək ki, silahlı hücumda 10 nəfər həyatını itirib.
Bizim.Media





























































































