Xəbər verildiyi kimi Sumqayıtda fəaliyyət göstərən özəl bağça və inkişaf mərkəzinin rəhbəri İlahə Xuduqızı yol hərəkəti qaydalarını pozub. Qayda pozuntusu ilə bağlı görüntüləri jurnalist İlhamə Əli özünün Facebook hesabında paylaşıb.
Məlum olur ki, İ.Xuduqızı azyaşlını avtomobilin ön oturacağında əyləşdirərək hərəkət edir. Azyaşlı qızın təhlükəsizlik kəməri taxmaması, İ.Xuduqızının sükandan əlini çəkərək rəqs etməsi də diqqəti çəkib.
MÖVZU İLƏ BAĞLI:
Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Azyaşlının həyatını təhlükəyə atdı – VİDEO
Onun azyaşlının həyatını təhlükəyə ataraq video çəkməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Qeyd edək ki, qanunvericiliyə görə, azyaşlıların ön sərnişin oturacağında aparılması qadağandır və inzibati məsuliyyət yaradır.
Baş DYP İdarəsinin inspektoru Elvin Hacıyev Bizim.Media-nı sorğusuna cavab olaraq bildirib ki, azyaşlını avtomobilin ön oturacağında daşımaqla kobud qayda pozuntularına yol verən sürücü ilə bağlı sosial mediada yayımlanan məlumat əsasında araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, qayda pozan sürücü Əliyeva İlahə Xudu qızı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların dəfələrlə ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Alçina Amilqızı, Bizim.Media





























































































