Boğazda qida qalma TƏHLÜKƏSİ – Həyat xilas edən ÜSULLAR

Hazırda oxunan: Boğazda qida qalma TƏHLÜKƏSİ – Həyat xilas edən ÜSULLAR

607704

Aprelin 13-də Bakıda 2 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. Belə ki, 2024-cü il təvəllüdlü Bünyamin Rasim oğlu Əliyev boğazında qida qalması nəticəsində boğularaq ölüb.

Belə hallar çox yayılmış olmasa da, təhlükəli hal hesab olunur. Bu da xüsusilə, valideynlərin ilkin tibbi yardım haqqında məlumatlı olmasını zəruri edir.

Tibbdə qida və yad cismin boğazda qalması anında Heymlix manevrindən istifadə edilir. Məşhur Amerika həkimi Henri Heymlixin adı ilə bağlı olan bu manevr 1974-cü ildən istifadə olunur.

Belə ki, bir əlinizlə digər sıxdığınız yumruğunuzu zərərçəkənin iki qabırğasının bitişində dərinə və yuxarı hərəkət etdirmək bu manevrin qısa izahıdır.  

Pediatr Aytən İsmayılzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, valideyn bu manevr qaydanı bilsə belə, icra etməyə bilər:

“Əslində, bu hallar baş verən zaman etdiyimiz ilkin yardım hər zaman 100 faiz kömək olmur. Nəfəs borusuna gedəndə biz gecikmiş oluruq. Bu zaman qırtlaqda spazm yaranır. Qida və yad cismin qırtlağa düşməsi isə ölümlə də nəticələnə bilər. Təəssüf ki, Heymlix manevri belə 100 faiz işləmir. Valideyn bu manevr qaydasını bilsə belə, icra etməyə bilər.  Bəzən valideynlər barmağı salaraq onu çıxartmaq istəyirlər, bu zaman da qida birbaşa nəfəs borusuna gedə bilər. Kömək etmək istədiyimiz anda daha da pisləşdirə bilərik”.

O, Çindən ölkəmizə gələn və belə hallarda istifadə edilən aparat haqqında da məlumat verib:

“Bu yaxınlarda sosial şəbəkədə Sədərəkdəki mağazaların birində maraqlı aparat qarşıma çıxdı. Düşünürəm ki, bu aparat məktəblərə, bağçalara paylanmalıdır. Aparat səhv etmirəmsə, Çin məhsuludur. Vakum kimidir, ağız hissəyə qoyulur və boğazda qalacaq yad cisim, yeməyi özünə çəkir və xəstəni xilas edir. Hesab edirəm ki, bu aparat ölkəmizə gətirilməli və körpənin olduğu hər evdə olmalıdır”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin