Bakı–Quba–Rusiya sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Quba istiqamətində hərəkətdə olan yük avtomobili idarəetməni itirərək beton arakəsməyə çırpılıb, daha sonra əks hərəkət zolağına çıxıb.
Bu zaman qarşı tərəfdən gələn VAZ-21015 markalı minik avtomobili ilə toqquşma baş verib.
Qəza nəticəsində VAZ-21015-in sürücüsü - Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Şıxəliyev Ziya İsa oğlu xəsarət alıb. Yaralı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































