Bu ilin ilk üç ayında ZORAKILIĞA məruz qalan qadınların sayı açıqlandı – ÖZƏL

Hazırda oxunan: Bu ilin ilk üç ayında ZORAKILIĞA məruz qalan qadınların sayı açıqlandı – ÖZƏL

607675

2026-cı ilin ilk üç ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 134 müraciət daxil olub. Müraciət edəndən 23-ü kişi, 106-sı qadın və 5-i uşaqlarla bağlı olub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Komitədən məlumat verilib.

Bildirilib ki, kişilərin müraciətinin əksəriyyəti psixi zorakılıq, bəzi hallarda iqtisadi zorakılıqla bağlı olub:

“Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı heç bir müraciət olmayıb. Əksər hallarda müraciət edən kişilər daha çox övladları ilə ünsiyyət, övladlarının anaları, yəni keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı olub”.
 

Həmçinin, Dövlət Komitəsinə bu ilin ilk 3 ayı ərzində daxil olan 134 müraciətdən 31-i psixi, 9-u iqtisadi, 93-ü fiziki və yalnız biri cinsi zorakılıqla bağlı olub.


Qeyd edilib ki, müraciətlərin fakt kimi təsdiqini tapması isə aidiyyəti dövlət qurumlarına göndərilən məktubların cavabı əsasında müəyyənləşir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin