Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

Hazırda oxunan: Arif Ağayev: "Kürdəmir stansiyası ilə Qarabağa təhlükəsiz səfər etmək mümkün olacaq"

607654

Növbəti ildə Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev Kürdəmir dəmiryolu stansiyasının açılışında qeyd edib. 
 

"2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı–Ağstafa–Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib.


2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: İlin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. 

Növbəti ildə isə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Kürdəmir stansiyası ilə həm Bakıya, həm Şimal və Qərb rayonlarına, həm də Qarabağa rahat və təhlükəsiz səfər etmək mümkün olacaq".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin