“Qazel” ikiyə bölündü, sürücünün burnu belə qanamadı – VİDEO

Hazırda oxunan: “Qazel” ikiyə bölündü, sürücünün burnu belə qanamadı – VİDEO

607637

Rusiyanın Kazan şəhərində ağır yol-nəqliyyat hadisəsi zamanı “Qazel” markalı yük avtomobili demək olar ki, hissələrə ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “KazanFirst” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, 1972-ci il təvəllüdlü, Nijni Novqorod sakini olan sürücü 30 illik təcrübəyə malik olub və ərzaq məhsulları ilə dolu yüklə Kazana doğru hərəkət edirmiş.

İlkin ehtimallara görə, sürücü sükan arxasında yuxulayıb. O, gözlərinin necə bağlandığını xatırlamadığını bildirib.
 

Nəticədə “Qazel” markalı yük furqonu yoldan çıxaraq elektrik ötürücü xətlərinin dirəyinə çırpılıb. Qəza zamanı avtomobil ciddi mexaniki zədələr alıb, kuzovu demək olar ki, qopub.


Hadisə səbəbindən Böyük Krılovka küçəsi istiqamətində hərəkətin iki zolağı müvəqqəti bağlanıb. Sürücü isə xəsarət almayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin