Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə ELAN EDİLDİ

Hazırda oxunan: Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə ELAN EDİLDİ

607698

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edib.

Bu barədə Bizim.Media-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin yerli icra və probasiya qurumlarında mövcud vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 17-dən mayın 18-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən istənilən ixtisas üzrə ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak etmək üçün linkə keçid etməklə və müvafiq şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və söhbət mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.
 

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.


Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və söhbətdə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri Nazirliyin İnsan resursları idarəsinə təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş kitabçasını, eləcə də dövlət icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək “Dövlət icra məmurları” bölməsindən əldə etmək mümkündür.

Əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10409, 10416, 10705, 10713) nömrəli telefonla əlaqə saxlamaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin