Azərbaycanda “yaşıl enerji” istehsalının həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda “yaşıl enerji” istehsalının həcmi AÇIQLANDI

607622

2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·st olub.

Bizim.Media bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bu dövrdə istilik elektrik stansiyalarında (İES) 6 milyard 66 milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyon kVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 247,7 milyon kVt·st, günəş elektrik stansiyalarında 91,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 75,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Yanvar-mart aylarında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə külək elektrik stansiyalarında elektrik enerjisi istehsalı 238,2 milyon kVt·st artıb.

Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 925 mln. kVt·st təşkil edib.
 

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 76,8 milyon kVt·st (İES-lərdə 5 milyard 558,6 milyon kVt·st, SES-lərdə 508,1 milyon kVt·st, GES-lərdə 10,1 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kVt·st təşkil edib.


Hesabat dövründə elektrik enerjisinin ixracı 142,4 milyon kVt·st, idxalı isə 35,0 milyon kVt·st olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin