“Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

Hazırda oxunan: “Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

607681

Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan iyunun 7-də keçiriləcək parlament seçkilərində Paşinyanı dəstəkləyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Akopyanın yaxın ətrafında olan mənbələr ölkənin “İravunk” qəzetinə danışıblar.

Mənbələrin sözlərinə görə, Anna yaxınlarına Paşinyanın yenidən ölkənin Baş naziri seçilməsini dəstəklədiyini deyib və onlara da eyni addımı atmağı tövsiyə edib.
 

“Qoy bizim münasibətlərimiz sizin Baş nazirə olan münasibətlərinizə təsir etməsin. Mən özüm də vətəndaşlıq borcumu yerinə yerinə yetirəcəyəm və hazırkı Baş nazirə səs verəcəyəm”, - deyə Akopyan yaxınlarına bildirib.


Xatırladaq ki, Paşinyan və Akopyan fevralın sonunda münasibətlərinə son qoyublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin