Ermənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİ

Hazırda oxunan: Ermənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİ

607500

Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi açıqlama yayıb.

Bildirilib ki, həmin mal əslində Niderland Krallığından gətirilmiş qızılgül olub.

"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin